Paşinyan: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək"

Paşinyan: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək"

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək.

"Cebhe.info" xəbər verir ki, bu barədə Ermənistan hökumət başçısı jurnalistlərlə söhbətində deyib.

Baş nazirin sözlərinə görə, Rusiya bazaları müəyyən vəziyyətlə əlaqədar orada idi:

“İndi vəziyyət əhəmiyyətli dərəcədə dəyişib.Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yox, sərhədimiz var, sərhəd isə sülh əlamətidir. Artıq Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər".

Nigar Hacılı 
"Cebhe.info"