Paşinyan: “Yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır”

Paşinyan: “Yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır”

“Yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“İstiqlal Bəyannaməsinin mətnini öyrənərək, əvvəl dedim ki, orada Ermənistan üçün müstəqil dövlətçilik ola bilməz, bu, mümkün deyil. Ona görə deyə bilmərəm ki, yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmalıdır.

Yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır. Amma qərarı Ermənistan xalqı verir. Təbii ki, siyasi qüvvələr lehinə və əleyhinə arqumentlər irəli sürürlər”,-deyə o  bildirib.

Xəzər
“Cebheinfo.az”