Qazaxıstan dəmir yolu stansiyasında yük qatarı qəzaya uğrayıb

Qazaxıstan dəmir yolu stansiyasında yük qatarı qəzaya uğrayıb

Qazaxıstanın Dostıq dəmir yolu stansiyasında Belarusun kalium gübrələrini daşıyan qatar relsdən çıxıb.

Bu barədə Belarus dəmir yolları məlumat yayıb.

Qəza nəticəsində vaqonlar yaxınlıqdakı relsdə dayanan lokomotivə çırpılıb. Stansiyada infrastruktura ziyan dəyib.

İlkin səbəb kimi qatarın altındakı açarın nasazlığı olduğu göstərilir.

Qəza Qazaxıstanla Çin arasında qatarların hərəkətinə təsir göstərib.

"Cebhe.info"