Novak: "Rusiya 2030-cu ildə güclü olacaq"

Rusiya Baş nazirin müavini Aleksandr Novak bildirib ki, ölkə 2030-cu ilə qədər xarici şok və çətinliklərdən asılı olmayan güclü ölkəyə çevriləcək.
"Cebheinfo.az" bu barədə "TASS"-a istinadən xəbər verir.
"Mənim fikrimcə, 2030-cu ilin ölkəsi güclü, qüdrətli olacaq. Özünü təmin edən, xarici şoklardan, xarici amillərdən asılı olmayan, inkişaf etmək imkanı olan və texnoloji suverenliyə malik ölkə. Yəqin ki, unikal ölkədir”, - Baş nazirin müavini bildirib.
O deyib ki, Rusiya özünəməxsus mədəniyyəti, təbiəti və tarixi ilə güclü, suveren və müstəqildir.
Nigar Hacılı
"Cebheinfo.az"