Rusiya MN-nin daha bir əməkdaşı həbs edildi

Rusiya MN-nin daha bir əməkdaşı həbs edildi

Moskvanın Basmannı rayon məhkəməsi Rusiyanın müdafiə nazirinin eks müavini Timur İvanovun tabeliyində olmuş Anton Filatovu həbs edib.

Bu barədə Basmannı məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq Anton Filatovu xüsusilə böyük miqdarda mənimsəmədə ittiham edib.

“Kommersant” yazır ki, Filatov bundan əvvəl Müdafiə Nazirliyinin tabeliyində olan bir neçə şirkətin rəhbəri olub. Nəşrin qeyd etdiyi kimi, “Anton Filatovun 2019-cu ilə qədər işlədiyi “Oboronlogistics” MMC-nin kuratorlarından biri də bu yaxınlarda rüşvətxorluğa görə həbs edilmiş müdafiə nazirinin müavini Timur İvanov olub”.

Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (18 200 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Moskvanın Basman rayon məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. T.İvanov iyunun 23-nə qədər istintaq təcridxanasında saxlanılacaq. 

İttiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Timur İvanovu nazir müavini vəzifəsindən uzaqlaşdırıb. 

"Cebhe.info"