Sovet dövrünün sadə müalicə üsulu geri qayıdır: Çox populyarlaşıb

Sovet dövründə məşhur olan müalicə üsulu, banka ilə müalicənin əhəmiyyəti bir daha xatırladılıb.
“Cebheinfo.az” xəbər verir ki, reabilitasiya həkimi Sergey Aqapkinin bu prosedurun yenidən idmançılar da daxil olmaqla, insanlar arasında populyarlaşdığını deyir. Həkimin sözlərinə görə, bu müalicə üsulu həqiqətən də kifayət qədər effektivdir.
Aqapkin "Rossiya 1" telekanalında "Ən vacib şey haqqında" verilişinin efirində,çoxlarının bir vaxtlar kupa müalicəsinin gətirə biləcəyi nəticələrə inanmamasından şikayətlənib. Onun sözlərin görə, bu insanlar müxtəlif xəstəliklərin qarşısını almaq üçün bankalardan istifadə edənlərə gülürdü. Mütəxəssis onu da bildirib ki, bu günə qədər elm adamları bankaların müsbət təsirini sübut ediblər.
"Bankalama zamanı ortaya çıxan bu mikrohematomalar bədənə stimullaşdırıcı təsir göstərir",- reabilitasiya mütəxəssisi belə deyib.
Xəzər
“Cebheinfo.az”