Suriyanın yeni hökumətindən Rusiyaya zərbə

Suriyanın yeni hökumətindən Rusiyaya zərbə

Suriya Dəniz Limanları İdarəsi Dubayda yerləşən “DP World” şirkəti ilə Tartus limanının inkişafı üçün 800 milyon dollar dəyərində anlaşma memorandumunun imzaladığını açıqlayıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya tərəfi ilə limanın idarə edilməsinə dair müqavilə ləğv edilib.

Suriya həmçinin, 230 milyon avro sərmayə ilə Latakiya limanının idarəçiliyini Fransanın “CMA CGM” şirkətinə verib.

Müşfiq Abdulla
“Cebheinfo.az”