"TikTok" ABŞ-də sosial şəbəkəyə qadağanı pislədi

"TikTok" ABŞ-də sosial şəbəkəyə qadağanı pislədi

"TikTok" xəbərdarlıq edib ki, ABŞ-nin sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq.

"Cebhe.info" xarici KİV-ə istinadən xəbər verir ki, "TikTok" sözçüsü ABŞ Nümayəndələr Palatasında platformanı qadağan edən qanun layihəsinin təsdiqini pisləyib.

Sözçü ABŞ-nin "TikTok"-a qadağa qoyma cəhdinin 170 milyon amerikalının ifadə azadlığı hüququnu pozacağı barədə xəbərdarlıq edib, həmçinin ABŞ iqtisadiyyatına ildə 24 milyard dollar töhfə verən platformanın bağlanmasının 7 milyon biznesə zərər vuracağını deyib. 

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası "TikTok"-un ölkədə qadağan edilməsinə yol açan qanun layihəsini martın 13-də qəbul edib və qanun layihəsi təsdiq üçün Senata göndərilib.

Bildirək ki, ABŞ Prezidenti Co Bayden qanunu Senatın təsdiq edəcəyi təqdirdə imzalayacağını və qüvvəyə minəcəyini açıqlayıb.

Nigar Hacılı 
"Cebhe.info"