Tramp Parisə gedib

Tramp Parisə gedib

ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp bərpa edilmiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün Parisə gedib.

Bu barədə TASS AFP-yə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu, Trampın ABŞ prezidenti seçildikdən sonra ilk xarici səfəridir.

Kilsənin açılış mərasimindən əvvəl Trampı Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makron qəbul edəcək.

2019-cu ildə baş verən yanğından sonra bərpa edilmiş Paris Müqəddəs Məryəm Kilsəsinin geniş açılış mərasimi təxminən 40 dövlət və hökumət başçısının iştirakı ilə keçiriləcək.

"Cebheinfo.az"