Trampın qorxulu röyası

Trampın qorxulu röyası

ABŞ-nin Nyu-York şəhərində keçirilən Demokrat Partiyasının bələdiyyə başçılığına ilkin seçkilərində qalib gələn Zorhan Mamdani Prezident Donald Trampın miqrantlara qarşı tədbirlərə mane olarsa, onu deportasiya edəcəyin dair tədidinə cavab verib. 

"Cebheinfo.az" xəbər verir ki, Mamdani “X” sosial platformasında paylaşdığı açıqlama ilə Trampın onu hədəf alan ifadələrinə reaksiya göstərib. Bələdiyyə başçısı seçildikdən sonra Miqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları ilə işləməyəcəyini bildirdiyi üçün Trampın onu vətəndaşlıqdan çıxarmaq və deportasiya ilə hədələyib. Buna cavab verən Mamdani deyib: 

“Bu sözlər qanunu pozduğuma görə deyil, ICE-in şəhərimizdə qorxu yaratmasına imkan verməyəcəyim üçün söylənilib”. 

Mamdani Trampın təhdidinə təslim olmayacağını vurğulayaraq qeyd edib: 

“Trampın açıqlamaları yalnız demokratiyamıza hücum olmaqla qalmır, eyni zamanda susmağa etiraz edən hər bir Nyu-York sakinini "Əgər səsini ucaltsan, səni hədəfə alacaqlar" mesajı ilə qorxudur. Bu təhdidi qəbul etməyəcəyik”. 

Nigar Hacılı 
"Cebheinfo.az"