Trampın sabiq vəkilinə qarşı məhkəmədə iddia qaldırıldı

Trampın sabiq vəkilinə qarşı məhkəmədə iddia qaldırıldı

ABŞ-nin Arizona ştatında sabiq ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Rudi Culiani də daxil olmaqla 18 nəfərə qarşı “2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etməyə cəhd” ittihamı ilə iddia qaldırılıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Arizona məhkəməsi verdiyi açıqlamada bildirib.

Qeyd edilib ki, sözügedən şəxslər arasında Rudi Culiani ilə yanaşı, Ağ Evin keçmiş Aparat rəhbəri Mark Medovs da var.

İttihamnamədə Trampın heç bir cinayətdə ittiham olunmadığı, sadəcə cinayət ortağı kimi qeyd edildiyi bildirilib.

Miçiqan, Corciya və Nevadadan sonra Arizona prezident seçkilərinin nəticələrinə müdaxilə ilə bağlı ittiham irəli sürən 4-cü ştat oldu.

Nigar Hacılı 
"Cebhe.info"