Ukraynanın komandanlığı vuruldu

Ukraynanın komandanlığı vuruldu

Rusiya Federasiyasının Raket Qoşunları ötən gün ərzində hərbi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin "Şimal" komandanlıq postunu, S-300-ün iki buraxılış qurğusunu və sursat anbarlarını vurub. 

“Cebhe.info” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, əməliyyat-taktiki aviasiya, raket qoşunları və Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qruplaşmalarının artilleriyası gün ərzində Ukrayna Silahlı Qüvvələrinin “Şimal” əməliyyat Komandanlığının idarəetmə məntəqəsi, S-300 zenit-raket kompleksinin işıqlandırılması və istiqamətləndirilməsi üçün radar olan iki başlatma qurğusu, sursat anbarı, 101-ci briqadanın silah və yanacaq anbarlarını məhv edib. 

Həsən Məmmədov
“Cebhe.info”