Əvəz Zeynallı xərçəngə tutulub

“Xural” Media Qrupunun rəhbəri, hazırda həbsdə olan Əvəz Zeynallı xərçəngə tutulub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı öz “Facebook” səhifəsində yazıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Ombudsman Səbinə Əliyevaya, hüquq müdafiəçilərinə, siyasi partiya liderlərinə müraciət edib.
M.Zeynallı bildirib ki, həyat yoldaşı təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, ondan “biopsi” götürüblər. Nəticəsi bayramdan sonra bəlli olub. Məlum olub ki, Ə.Zeynallının bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qaraciyərinə yayılıb:
“Bu günlərdə kimyaterapiyaya başlayacaqlar”.
N.Zeynallı həyat yoldaşının həbsdən azad olunması üçün kömək istəyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Zeynallını 9 il müddətinə azadlıqdan məhrum edib, daha sonra cəzası iki ay azaldılıb.
Xəzər
“Cebheinfo.az”