Bakıda 56 yaşlı qadını maşın vurdu

Bakıda 56 yaşlı qadını maşın vurdu

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Həsən Əliyev küçəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.

"Cebhe.info"