Bakıda yaşayış binasında YANĞIN

Bakı şəhərinin Səbail rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
Cebhe.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin hamam otağında 1 ədəd su qızdırıcısı yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Cebhe.info