Gədəbəydə 1 ay əvvəl itkin düşən şəxsin meyiti tapılıb

Gədəbəydə meyit tapılıb.
APA-nın xəbərinə görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.
Kənd ərazisində Mingəçevir şəhər sakini olan Nahid adlı şəxsin meyiti tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Məlumata görə, həmin şəxs bir ay əvvəl itkin düşüb.
Cebhe.info