Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub

Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində K. Hüseynovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 27 yaşlı Tofiq Qurbanov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
"Cebheinfo.az"