A Seriyası: "Milan" 3 xalı 3 qolla aldı

A Seriyası: "Milan" 3 xalı 3 qolla aldı

İtaliya A Seriyasının 14-cü turunda "Milan" - "Empoli" görüşü başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, komandalar Milandakı "San Siro" stadionunda qarşılaşıblar.

Matçda meydan sahibləri 3:0 hesabı ilə inamlı qələbə qazanıblar.

Görüşün 19-cu dəqiqəsində "Milan"ın ispaniyalı hücumçusu Morata komandasını hesabda irəli çıxarıb. 44-cü və 69-cu dəqiqələrdə isə yarımmüdafiəçi Reynders dubl edib.

Bu qələbədən sonra "Milan" 22 xal toplayıb. "Qırmızı-qaralar" İtaliya çempionatının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. "Empoli" 16 xalla 10-cu yerdədir.

"Cebheinfo.az"