Avropa Liqası: "Beşiktaş" bu gün İsveç klubunu qəbul edəcək

Türkiyənin "Beşiktaş" klubu bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
İstanbul təmsilçisi İsveçin "Malmö" kollektivini qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Hər iki komanda turnirin Liqa mərhələsində əvvəlki üç matçın ikisində məğlub olub, birində qələbə qazanıb.
Qeyd edək ki, IV turun digər görüşləri noyabrın 7-də gerçəkləşəcək.
"Cebheinfo.az"