Ərəblərdən Hakimə fantastik TƏKLİF

Ərəblərdən Hakimə fantastik TƏKLİF

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Hakim Ziyeçə daha bir fantastik təklif gəlib.

“Cebhe.info” xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Şəbab” komandası ulduz futbolçunu transfer etmək istəyir.

Onlar mərakeşli futbolçuya illik 37,5 milyon avro maaş təklif edib. Ərəb klubu Ziyeçlə 2,5 illik müqavilə imzalamağı düşünür.

Maraqlıdır, “Əl-Şəbab” ötən ilin yayında da Hakim Ziyeçi transfer etmək istəmiş, hətta tibbi müayinədən keçirmişdi. Amma dünya ulduzunun səhhəti ilə bağlı nəticələr yaxşı olmadığı üçün tranfer ləğv olmuş və Ziyeç “Qalatasaray”a keçmişdi.

Qeyd edək ki, mövsümün əvvəlində İngiltərənin “Çelsi” klubunun pulsuz şəkildə “Qalatasaray”a icarəyə verdiyi Hakim Ziyeç İstanbul təmsilçisində meydana çıxdığı 20 matçda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.

Elmir Mustafa
“Cebhe.info”