Messinin dublu və iki məhsuldar ötürməsi “İnter Mayami”yə qələbə qazandırdı - VİDEO

Messinin dublu və iki məhsuldar ötürməsi “İnter Mayami”yə qələbə qazandırdı - VİDEO

“İnter Mayami” səfərdə “Nyu İnqlend Revoluşn”a 1:4 hesabı ilə qalib gəlib.

İlk dəqiqədə “Nyu-İnqlend” önə keçsə də, sonradan qapısında 4 top görüb.

32-ci dəqiqədə argentinalı hücumçu Lionel Messi hesabı bərabərləşdirib. İkinci hissənin ortalarında Messi ispaniyalı yarımmüdafiəçi Serxio Busketsin ötürməsi ilə dubl edib. 83-cü dəqiqədə Messinin ötürməsi ilə əvvəlcə Benxa Kremanski, daha sonra isə uruqvaylı hücumçu Luis Suares fərqlənib.

Bu qollardan sonra Messi MLS-in bombardirlər yarışına başçılıq edir.

Hazırda “İnter Mayami” 11 matçdan sonra 21 xalla MLS turnir cədvəlində birinci yerdədir. Dörd xalı olan “Nyu İnqlend Revoluşn” 28-ci sıradadır.

https://t.me/oxuaze/90261?single

"Cebhe.info"