Mourinyo: "Qərarı 1 nəfər verir"

Mourinyo: "Qərarı 1 nəfər verir"

“Azarkeşlərin İrfan Canın adını səsləməsindən məmnunam, amma bunu hər bir futbolçuya münasibətdə etmədikləri üçün məyusam”. 

Bunu “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo deyib.

O, “Trabzonspor”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra azarkeşlərin məşqçidən tələbləri barədə sualı cavablandırıb.

“Fənərbaxça”nın ən azı 35 milyon məşqçisi var. Çünki 35 milyonluq azarkeş ordusuna malikik. Amma qərarları yalnız bir məşqçi verir. Bu qərarlar doğru və ya səhv ola bilər. Amma bu qərarları bir nəfər verir.

Azarkeşlər mənim fərqli qərar verməyimə səbəb ola bilməz. İrfan da İsmayıl kimi zədələr alıb. Komandaya tədricən qoşulmağa başladı. Azarkeşlər bu detalları bilmir, amma bir nəfər bilir”.

"Cebheinfo.az"