"Qalatasaray” bu qapıçını transfer edəcək?

Super Liqanın nəhəngi "Qalatasaray"da qapıçı axtarışları davam edir.
“Cebheinfo.az” xəbər verir ki, “Sarı-qırmızılar” mövsümün sonunda müqaviləsi başa çatacaq Fernandu Musleranın yerini doldurmaq üçün "Santos" klubunun gənc və perspektivli qapıçısı Qabriel Brazaonu transfer siyahısına daxil edib.
Braziliya mətbuatında, xüsusilə “TNT Sports”-un məlumatına görə, "Qalatasaray" Brazauya maraq göstərir.
Qeyd olunur ki, hələ rəsmi təklif edilməsə də, klub onun təmsilçiləri ilə ilkin təmas quraraq transferin şərtlərini öyrənməyə çalışır.
Hazırda "Santos"la 31 dekabr 2028-ci ilədək müqaviləsi olan braziliyalı qapıçı bu mövsüm 19 oyunda meydana çıxıb və 25 top buraxıb.
O, 4 qarşılaşmada isə qapısını toxunulmaz saxlamağı bacarıb.
Əfsanə Rəcəb
“Cebheinfo.az”