Azərbaycan neft məhsullarının ixracını artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 56 725,71 min ABŞ dolları dəyərində 122 386,13 ton neft məhsulları ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,7% az, həcmi isə 16,3% çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycan 334 918,14 min ABŞ dolları dəyərində 537 628,46 ton neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin göstəricisi ilə müqayisədə 41,5%, həcmi isə 41,9% azalıb.
"Cebheinfo.az"