Azərbaycanda dəmir yolları ilə yük və sərnişin daşınması artıb

Azərbaycanda dəmir yolları ilə yük və sərnişin daşınması artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 4,5 milyon ton yük, 1 milyon 881,3 min sərnişin daşınıb.

"Cebhe.info" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % və 24,6 % çoxdur.

Hesabat dövründə orta hesabla sutkada 355 vaqon yüklənib, 416 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,3 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

"Cebhe.info"