Bu rüsumlar da artırıldı

Bu rüsumlar da artırıldı

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında "Dövlət rüsumu haqqında" qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib.

“Cebheinfo.az” xəbər verir ki, dəyişikliyə əsasən, maye və təbii qaz təsərrüfatı obyektlərinin istismarı üçün dövlət rüsumunun məbləği 1 100 manatdan 2 500 manata çatdırılıb.Bundan başqa, Azərbaycan parlamenti “Lisenziyalar və icazələr haqqında” qanundakı dəyişikliyi III oxunuşda təsdiqləyib.

Dəyişikliyə əsasən, lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanlar lisenziya (icazə) sahiblərinin fəaliyyətinə nəzarət zamanı isenziyanın və icazənin şərtlərinə riayət edilməsi sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərlə yanaşı yoxlama və nəzarətdənkənar tədbirlərdən də istifadə edəcək.

Vilayət Muxtar
“Cebheinfo.az”