Kriptovalyuta bazarının son göstəriciləri

Aprelin 17-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb.
"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:45-də “CoinMarketCap” platformasında son 24 saatda 1.15 % bahalaşaraq 84 420 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.79 % artaraq 1 602 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.38 %, BNB isə 0.26 % bahalaşıb.
Qeyd edək ki, bitkoinin ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
"Cebheinfo.az"