Aygün Kazımova konsert verəcək: Biletlər neçəyədir?

Azərbaycanın Xalq artisti Aygün Kazımova növbəti dəfə konsert verməyə hazırlaşır.
“Cebhe.info” xəbər verir ki, pop ulduzu “Qardaşlıq dastanı” adlı konsert proqramıyla sevənləri ilə görüşəcək.
Möhtəşəm rəqsləri, göstərdiyi əsrarəngiz şoularla Türkiyədə və dünyada səs gətirmiş “Alagöz” rəqs ansamblı da səhnəyə çıxacaq. Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığını simgələyən, “İMZA” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək gecə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümə həsr olunur. 9 mayda Bakı Konqres Mərkəzində keçiriləcək konsert saat 20:00-də başlayacaq. Bilet qiymətləri isə 35 manatdan 275 manata qədərdir.
Elmir Mustafa
“Cebhe.info”