Qocalmanın qarşısını almaq olarmış - Ağılagəlməz üsul

Qocalmanın qarşısını almaq olarmış - Ağılagəlməz üsul

Yaşlanmanı yavaşlatmaq mümkündür. 

“Cebhe.info” xəbər verir ki, rusiyalı tanınmış endokrinoloq Zöhrə Pavlova “Telegram”-da belə gözlənilməz açıqlama yayıb.

O qeyd edib ki, təhsil buna kömək edə bilər. Mütəxəssis bir sıra elmi araşdırmalara istinad edib. Onlar müəyyən ediblər ki, bioloji qocalma ilə nəsillərin təhsil səviyyəsi arasında əlaqə var.

Belə ki, ekspertlər 1948-ci ildən bəri aparılan “Framingham” Tədqiqatında 3 mindən çox iştirakçının məlumatlarını öyrənən, valideynlər və onların uşaqlarının məlumatlarını müqayisə ediblər. Bioloji qocalma sürətini hesablayan ekspertlər müəyyən ediblər ki, təhsil qocalmanı ləngidə bilər. 

Məlum olub ki, hər iki əlavə ildən bir araşdırma bioloji qocalma sürətini 2-3% ləngidir. Eyni zamanda, davam edən təhsil prosesi ilə ölüm riski 10% və ya daha çox azalır.

Pavlova əlavə etdi ki, təhsil zehni aydınlığı qorumağa kömək edir və eyni zamanda demensiya ilə mübarizə aparmaq üçün əla bir yoldur.

Xəzər
“Cebhe.info”