Tətil üçün Türkiyəyə gələn Avropa gözəli faciəli şəkildə öldü - FOTOLAR

Tətil üçün Türkiyəyə gələn Avropa gözəli faciəli şəkildə öldü - FOTOLAR

Bayram tətili üçün Türkiyənin Giresun bölgəsinə gələn 27 yaşlı model Güler Erdoğan faciəli şəkildə həyatını itirib. ​​

Bu barədə "Haber Global" xəbər verir.

Məlumata görə, Güler Erdoğan Hacı Hüseyn məhəlləsi, Qara dəniz sahil yolunda hərəkətsiz halda digər sürücülər tərəfindən tapılıb.

Hadisə yerinə gələn polis və sağlamlıq qrupları qadının həyatını itirdiyini müəyyən ediblər.

İddialara görə, Güler E​rdoğan piyada olaraq yoldan keçərkən onu avtomobil vurub və model hadisə yerində ölüb.

Gənc qızın "Miss Europe Kosovo" tituluna sahib olduğu və model agentliyində çalışdığı məlum olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

"Cebheinfo.az"