Türkiyəli müğənni Bakıda konsert verəcək: Bilet QİYMƏTLƏRİ

Daha bir türkiyəli məşhur müğənni Azərbaycana gələcək.
“Cebhe.info” xəbər verir ki, bu dəfə Aslı Güngör paytaxtımızın qonağı olacaq.
O, 14 fevralda Heydər Əliyev Sarayında konsert verəcək.
Saat 20:00-də başlayacaq konsertin biletləri isə 20-125 manat aralığında təklif olunur.
“Kalp kalbe karşı”, “Aşk her şeye değer”, “Söylenmiş sözler” kimi mahnıları dillər əzbəri olan sənətçinin konsertinə maraq böyükdür.
Elmir
“Cebhe.info”