Ertan Saban bu serialda çəkiləcək

Ertan Saban bu serialda çəkiləcək

Türkiyəli məşhur aktyor Ertan Sabanın yeni layihəsi bəlli olub.

“Cebheinfo.az” xəbər verir ki, sənətçi “İtiraf” serialında rol alacaq.

O, ekran işində roman yazarına həyat verəcək. 10 bölümdən ibarət olacaq layihə “Tabii” platformasında yayımlanacaq. Serialın rejissorluğunu isə Ekrem Arslan edəcək. Qeyd edək ki, Ertan Saban karyerası ərzində “Elveda Rumeli”, “Sakarya Fırat”, “Mutlu Ol Yeter”, “Kurtlar Vadisi Pusu”, “Mehmed: Bir Cihan Fatihi”, “Avlu”, “Gelsin Hayat Bildiği Gibi”, “Kötü Kan” və “Deha” kimi seriallarda çəkilib.

Elmir
“Cebheinfo.az”