Nilufər Azərbaycanda konsert verəcək: Bilet QİYMƏTLƏRİ

Türkiyəli məşhur müğənni Nilufər Azərbaycana gələcək.
“Cebheinfo.az” xəbər verir ki, sənətçi paytaxtımızda konsert proqramı ilə çıxış edəcək.
O, 2 noyabrda Bakı Konqres Mərkəzində konsert verəcək.
Saat 20:00-da başlayacaq tədbirdə Nilufər “Mor Menekşe”, “Kar Taneleri”, “Başıma Gelenler”, “Boşver” kimi hit mahnılarını ölkəmizdəki pərəstişkarları qarşısında canlı oxuyacaq.
Bilet qiymətləri 35 manatdan 295 manata qədərdir.
Aslan
“Cebheinfo.az”