Bakıda Rus Evi yenidən açılır?

Bakıda Rus Evi yenidən açılır?

 

“Rusiya və Azərbaycan Bakıdakı Rus Evinin statusunun həlli ilə bağlı işləri davam etdirir. “Rossotrudniçestvo” müsbət nəticəyə ümid edir”. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TASS-a agentliyin rəhbəri Yevgeni Primakov məlumat verib.

"Səfirliklər və Xarici İşlər Nazirliyi arasında təmaslar davam edir. Bu, peşəkar hüquqşünaslar və xarici siyasətlə məşğul olan şəxslərin işidir. Bu, bizim kompetensiyamızdan kənardadır. Hüquqi status məsələsi  həll olunur. Biz müsbət düşüncədəyik. Hesab edirik ki, bütün bunları hamını qane edəcək şəkildə həll etmək lazımdır”.

Xatırlaq ki, fevralda “Rossotrudniçestvo” rəhbərliyi Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar Bakıdakı Rus Evinin fəaliyyətini dayandırmağa və şəhərin mərkəzindəki binaların boşaldılması üçün tədbirlər görməyə məcbur olduğunu bəyan edib. Bu tələbin  səbəbi Bakıdakı Rus Evinin yerli qanunvericilikdə tələb olunan hüquqi şəxs kimi qeydiyyata alınmaması olub.

Xəzər
“Cebheinfo.az”