Əfvlə bağlı neçə müraciətə baxılıb?-DEPUTAT

Əfvlə bağlı neçə müraciətə baxılıb?-DEPUTAT

"Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası indiyədək 200-ə yaxın müraciətə baxıb".

Bunu "Cebhe.info"-ya açıqlamasında Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib.

O bildirib ki, hazırda da müraciətlərə baxılması prosesi davam edir:

"Hesab edirəm ki, bir ay ərzində bütün müraciətlərə baxılacaq. Sonda yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası aprelin 24-də keçiriləcək.

Toplantıda Komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Naibə
"Cebhe.info"