Özdağ Azərbaycan Ordusunu təbrik etdi - FOTO

Özdağ Azərbaycan Ordusunu təbrik etdi - FOTO

Türkiyənin Zəfər Partiyasının sədri ümit Özdağ Azərbaycanla bağlı paylaşım edib.

Cebhe.info xəbər verir ki, siyasətçi "X" platformasındakı hesabında Azərbaycan Ordusunu təbrik edib.

O, sözügedən paylaşımında bunları yazıb:

"Azərbaycan Ordusu Xocalı və Xankəndiyə girdi. Erməni mənbələri məğlub olduqlarını açıqladılar. Dünən silahların təhvil verilməsi və müqavimət göstərənlərin təslim olması üçün onlara 3 gün vaxt verildi. Təbriklər, əziz Azərbaycan Ordusu! Təbriklər, Azərbaycan türkləri! Bizim qardaşımız sizsiniz".

Elmir Mustafa
Cebhe.info