Türkiyə XİN 4 kəndin Azərbaycana qaytarılmasını alqışladı

Türkiyə XİN 4 kəndin Azərbaycana qaytarılmasını alqışladı

Türkiyə Xarici işlər Nazirliyi (XİN) Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq komissiyaların 8-ci görüşündə əldə olunmuş razılaşmaya dair bəyanat yayıb.

"Cebhe.info" xəbər verir ki, bəyanatda sözügedən razılaşma alqışlanıb.

Bildirilib ki, müvafiq komissiyaların 2024-cü il aprelin 19-da keçirilən iclasında 30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan razılıq təqdirəlayiq hadisədir.

"Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişaf yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır", - bəyanatında deyilir.

"Cebh.info"