Vasif Talıbovun vəzifədə olan qohumları-SİYAHI

Vasif Talıbovun vəzifədə olan qohumları-SİYAHI

Naxçıvandakı son proseslərdən sonra Vasif Talıbovun aqibəti müzakirə olunur.

Cebhe.info xəbər verir ki, jurnalist Həbib Müntəzir Vasif Talıbovun vəzifədə olan qohumlarının siyahısını yayıb.
Siyahı belədir:

- Naxçıvanın baş prokurorunun birinci müavini, Korrupsiyaya qarşı Baş İdarənin rəisi Məhərrəm Talıbov - Vasif Talıbovun qardaşı;

- Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi - Rza Vasif oğlu Talıbov - Vasif Talıbovun böyük oğlu;

- Naxçıvan Ali Məclisin deputatı, Naxçıvan Dövlәt Universitetinin prorektoru Seymur Vasif oğlu Talıbov - Vasif Talıbovun kiçik oğlu;

-“Naxçıvanbank”ın Müşahidə Şurasının üzvü Baharxanım Vasif qızı Talıbova - Vasif Talıbovun qızı;

- Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəhbər vəzifəli şəxsi, polis mayoru Salmanov İbrahim Ədalət oğlu - Vasif Talıbovun kürəkəni;

- Naxçıvan Təcili Tibbi Yardım Mərkəzinin baş həkimi, ""Tərəqqi" medallı Ədalət İbrahim oğlu Salmanov - Vasif Talıbovun qudası;

- Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş general-mayor Səxavət Salmanov - Vasif Talıbovun qudasının qardaşı;

- Naxçıvanın daxili işlər naziri olmuş general-leytenant Fazil Nəriman oğlu Ələkbərov - Vasif Talıbovun qudası olub;

- Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi (Neftbaza), 33 saylı Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Əzimov Behruz Nurəddin oğlu - Vasif Talıbovun digər qudası;

- Naxçıvan Şəhər Gömrük İdarəsinin rəis müavini Fəxrəddin Aslanov - Vasif Talıbovun bacısının əri;

- Naxçıvan Gömrük Komitəsinin sədr müavini Səbuhi Məhərrəm oğlu Novruzov - Vasif Talıbovun bacısının əri, yəni yeznəsi;

- DSMF-in Abşeron rayon şöbəsinin müdiri Məhərrəm Novruzov, yeznəsinin qardaşı;

- Naxçıvanın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Şöbəsinin (ZAQS) rəhbəri Sənufər Soltanova Vasif Talıbovun qaynanası.

Cebhe.info