Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb

Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb

“Qeyd edim ki, Azərbaycan heç də həmişə Rusiyanın olmağa çalışdığı qədər incə davranmır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistan “NEWS.am” saytına telefonla müsahibəsində Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

“Xatırladıram ki, Qarabağda vəziyyətin gərginləşməsi zamanı Azərbaycan vertolyotu vuranda, sonra hansısa səhv hesab ediləndə, o zaman bizim sülhməramlı kontingentimizin zabitləri  öldürüləndə, Azərbaycan öz günahını etiraf etdi. 

Amma eyni zamanda bunu edənlər üçün heç bir nəticəsi olmadı. Macarıstanda erməni zabiti Qurgen Marqaryan da öldürülmüşdü (Ramil Səfərovun olayı-red.) “- deyə Konstantin Zatulin vurğulayıb.

Rusiyalı siyasətçi Ramil Səfərovun bundan sonra Azərbaycanın Milli Qəhrəmanı olduğunu deyib:

“Azərbaycanda cəmiyyətdə rusofobiya yaranıb, bizim Rus Evimizin fəaliyyəti qadağan edilib.

Bu cür epidemiyalar xarakterikdir. Bəzi mənalarda sizinlə razılaşa bilərəm. Təbii ki, Azərbaycan bu gün Rusiya ilə münasibətlərdən əhəmiyyətli dərəcədə daha az asılıdır, çünki bu gün Qarabağda öz məqsədlərinə çatmaq eyforiyasından istifadəyə davam edir”.

Göründüyü kimi, Zatulin ənənəvi xasiyyətindən əl çəkməyib, Azərbaycana qarşı hədələyici tonda danışmağa cəhd edir, amma eyni zamanda bunun heç bir təsirinin olmayacağını da bilir. Onun çıxışındakı “Azərbaycan Rusiyadan daha az asılıdır” sözləri də məhz buna işarədir.

Xəzər
“Cebheinfo.az”