Etibar Məmmədovun 70 illik yubileyi qeyd edilib- FOTOLAR

Etibar Məmmədovun 70 illik yubileyi qeyd edilib- FOTOLAR

Milli Azadlıq Hərəkatının liderlərindən biri, Milli İstiqlal Partiyasının qurucusu, istiqlalçı millət vəkili Etibar Məmmədovun 70 illik yubileyi qeyd edilib.

Onun həyat və fəaliyyətinə  həsr olunan kitabın təqdimat mərasimi keçirilib.

Etibar Məmmədov 1955-ci il aprel ayının 2-də Bakı şəhərində anadan olub. ADU-nun Tarix fakültəsini bitirib.  Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə “Rus çarizmi və Ali müsəlman silki XIX əsrdə” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.

O, 1988-ci ildə başlamış xalq hərəkatına qoşulmuş və tanınmış simalarından birinə çevrilib. E.Məmmədov AXC-nin təsis konfransında ilk İdarə Heyətinin üzvü seçilib.

20 yanvar hadisələrində sonra 25 yanvar 1990-cı ildə Moskvada xarici jurnalistlər üçün mətbuat konfransı keçirərkən DTK tərəfindən həbs olunub, Lefortovo həbsxanasına aparılıb və 9 ay burada saxlanlılıb. 1–2 noyabr 1990-cı ildə Bakıda, Mərdəkanda Məhkəmə prossesi keçirilir. Etibar Məmmədov Məhkəmə zalından azad olunub.

E.Məmmədovun azadlığa buraxılması üçün o dövrdə 1,5 milyon imza toplanılıb.

1991-ci ildə Azərbaycan Respublikası Parlamentində Demblokun həmsədri olub. 1991-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Dövlət Müdafiə Şurasının üzvü olub. “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının həmmüəlifidir.

Dövlət müstəqilliyinin tanınması ilə bağlı Türkiyə və Pakistanda olan Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.

1991-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi daxilində fikir ayrılığına görə Etibar Məmmədov və onu dəstəkləyən bir qrup şəxs yeni siyasi partiya – Azərbaycan Milli İstiqlal Partiyasını yaradıb.

1995-ci il parlament seçkilərində Etibar Məmmədov Milli Məclisin deputatı seçilib.

1995-ci ildə Heydər Əliyevin sədri olduğu Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub. 1998 və 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentliyinə namizəd olub.

"Cebheinfo.az"