Pensiyaların sığorta hissəsi nə qədər artacaq?: Komitə sədri açıqladı

Pensiyaların sığorta hissəsi nə qədər artacaq?: Komitə sədri açıqladı

Gələn ilin əvvəllərindən başlayaraq bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9 faiz artacaq.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O qeyd edib ki, pensiyaların minimum məbləği və minimum əməkhaqqı yüksələcək.

"İşsizlikdən Sığorta Fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin 55 faizi aktiv məşğulluq tədbirlərinə yönəldiləcək", - deyə komitə sədri əlavə edib.

"Cebheinfo.az"