Sabah bu ərazidə su olmayacaq

Sabah bu ərazidə su olmayacaq

Zabrat qəsəbəsini içməli su ilə təchiz edən xətdə aparılacaq təmir işləri ilə əlaqədar qəsəbəyə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. 

Bildirilib ki, aprelin 11-i saat 10:00-dan etibarən axşam saatlarına qədər fasilələr yaranacaq. 

İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

"Cebheinfo.az"