Yardımlı və Masallının mərkəzində qazın verilişi bərpa olunub

Yardımlı və Masallının mərkəzində qazın verilişi bərpa olunub

Yardımlı və Masallı rayonlarının mərkəzində qazın verilişi bərpa olunub.

"Report"un məlumatına görə, Yardımlı rayonu ərazisində “Ordahal-Yardımlı” yüksək təzyiqli magistral qaz kəmərində yaranmış qaz sızmalarının ləğv edilməsi ilə bağlı saat 10:00-dan Yardımlı şəhəri və rayonun 15 kəndi olmaqla, ümumilikdə 3500 abonentin qaz təchizatı məhdudlaşdırılmışdı.

Həmçinin Masallı rayonu ərazisində yerləşən, “Masallı" qaz paylayıcı stansiyada qaztənzimləyicinin quraşdırılması üçün, Masallı şəhəri, Seybətin, Səmidxan-2, Ərkivan qəsəbəsi, Öncəqala, Hüseyinhacılı, Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçüvar, Təzəkənd, Qəriblər, İsilər, Ninəlov, Məmmədrzaküçə, Qızılavar , Kolatan kəndləri olmaqla 17 000 əhali abonentin və 225 sənaye obyektinin qaz təchizatı bu gün saat 10:00-dan dayandırılmışdı.

"Cebhe.info"