Daha bir ölkə çağırış etdi: "İrana getməyin"

Daha bir ölkə çağırış etdi: "İrana getməyin"

Cənubi Koreya İranın İsrailə hava zərbələri endirməsindən sonra öz vətəndaşlarına İranın bəzi bölgələrinə səyahət etməmələri barədə xəbərdarlıq edib.

"Cebhe.info" “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi Yaxın Şərqdə artan gərginlikdən sonra öz vətəndaşlarına İranın bəzi bölgələrinə, başda Sistan və Bəlucistan əyalətləri olmaq üzrə Xuzistan, Buşəhr və Hörmüzqan əyalətlərinə getməməyi tövsiyə edib.

Cənubi Koreya vətəndaşları İrana planlaşdırılan səfərlərini ləğv etməyə, bölgə sakinlərini isə fövqəladə hallar istisna olmaqla təhlükəsiz ölkələrə getməyə çağırıb.

Nigar Hacılı 
"Cebhe.info"