Gürcüstanda etirazlar gecə də davam edib - FOTO

Gürcüstanda etirazlar gecə də davam edib - FOTO

Gürcüstanda "xarici agentlər" qanununa etirazlar davam edir.

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Rustaveli prospekti gecə açıq olub.

Parlamentin qarşısında onlarla etirazçı qalıb. Bu gün saat 19:00-da yenidən mitinq elan edilib. Şənbə-bazar və gələn həftə üçün planlar hələ açıqlanmayıb.

Xarici agentlər haqqında qanun layihəsinin ikinci oxunuşda komitə dinləmələrinə təqdim edildiyi tarixdən asılı olaraq planlara düzəlişlər ediləcək.

"Cebhe.info"