Vaxtanq Qomelauri: "Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik"

Vaxtanq Qomelauri: "Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik"

Gürcüstanda əcnəbi agentlər haqqında qanun layihəsinə qarşı çıxan etirazçıların çevriliş etməsinə imkan verilməyəcək.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

“Heç arzulamasınlar da. İstəyirlərsə, öz ofislərində çevriliş eləsinlər, nə qədər çevirim edə bilirlər, etsinlər. Amma parlament və digər dövlət qurumlarına toxunmasınlar”, - V.Qomelauri jurnalistlərin müvafiq sualına cavab verərkən deyib.

"Cebhe.info"