Paşinyan Putinin andiçməsinə getməyəcək - RƏSMİ

Paşinyan Putinin andiçməsinə getməyəcək - RƏSMİ

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

Modern.az RİA-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri bildirib.

Qeyd edək ki, Rusiyada 15-17 mart tarixlərində keçirilən seçkilərin rəsmi nəticələrinə uyğun olaraq andiçmə mərasimi 7 may tarixində baş tutacaq.

Bundan əvvəl Paşinyanın mərasimə qatılmayacağı barədə KİV-də məlumat yayılsa da, rəsmi açıqlama parlament sədri tərəfindən səsləndirilib.

"Cebhe.info"