Qəzzada ölənlərin sayı yeniləndi

Qəzzada ölənlərin sayı yeniləndi

Qəzzada ölən fələstinlilərin sayı 34 904 nəfərə çatıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ötən sutka ərzində İsrail ordusunun Qəzza zolağındakı hərbi əməliyyatları nəticəsində 60 nəfər həlak olub, 110 nəfər yaralanıb.

Bununla da ötən ilin 7 oktyabr tarixindən indiyə qədər Qəzzada ölən fələstinlilərin ümumi sayı 34 904 nəfərə çatıb. Ötən dövr ərzində 78 514 nəfər yaralanıb.

Nigar Hacılı 
"Cebhe.info"