Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir.

"Cebhe.info" xəbər verir ki, forumda Azərbaycan-Bolqarıstan Ticarət və Sənaye Palatasının sədri Dimitri Bratanov, AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iştirak edirlər.

Forumda rəsmi şəxslərlə yanaşı, sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, İKT, neft-qaz, inşaat, mühəndislik xidmətləri, mebel, sığorta, konsaltinq, ticarət və digər sahələrdə fəaliyyət göstərən 120-ə yaxın iş adamı iştirak edir.

"Cebhe.info"