Mənzil bazarında durğunluq yaşanır: Səbəb nədir?

Mənzil bazarında durğunluq yaşanır: Səbəb nədir?

Son illər mənzil bazarında ən çox irəliləyiş müşahidə edilən ölkələrdən biri Türkiyədir.

“Cebhe.info” xəbər verir ki, ancaq son vaxtlar ölkənin mənzil bazarındakı durğunluq xaricilərə də sirayət edib. Xüsusən də əcnəbilərin mənzil alış-verişində ciddi azalmalar müşahidə olunur.

Türkiyənin Torpaq Qeydiyyatı və Kadastr İdarəsinin məlumatına görə, 2023-cü ilin ilk üç ayının sonunda 1 milyon 628 min 744 kvadratmetr olan əcnəbilərin daşınmaz əmlak alışları, 2024-cü ilin eyni dövründə 71 faiz azalaraq 471 min 116 kvadratmetr oldu.

Yenə 2023-cü ilin ilk rübündə 12 min 756 ədəd olan alışların sayı, bu ilin ilk rübündə 45 faiz azalaraq 7 min 37 olub.

Mənzil satışı ilə bağlı Türkiyə Statistika İdarəsinin (TÜİK) məlumatına görə, 2024-cü ilin ilk 3 ayı etibarilə Türkiyə daxilində xaricilərə cəmi 5 min 685 ev satılıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 48 faiz azalma olub.

2024-cü ilin birinci rübündə əcnəbilərə mənzil satışlarına baxdıqda ümumi satışların 5 min 729 olduğunu görürük. Bu satışlardan 1361-i  Rusiya Federasiyası olmaqla birinci yerdədir. Onu 590 mənzil satışı ilə İran və 361 mənzil satışı ilə Ukrayna izləyir.

Bütün daşınmaz əmlak satışlarına baxdığımızda, milliyyətinə görə ən çox satış Rusiya Federasiyası vətəndaşlarına edilib. Bu rəqəmin ümumilikdə 44 min 28-ə çatdığını görürük. Bu ölkəni 32 min 658 ilə İran və 28 min 712 ilə İraq izləyir.

Nigar
“Cebhe.info”